Arçil Talakvadze - Azərbaycanla dostluğumuz uğurlu siyasi və iqtisadi əlaqələri ehtiva edir, regionda sülhün yaxşılaşdırılması üçün ümumi məqsədlərimiz var
Arçil Talakvadze - Azərbaycanla dostluğumuz uğurlu siyasi və iqtisadi əlaqələri ehtiva edir, regionda sülhün yaxşılaşdırılması üçün ümumi məqsədlərimiz var

 

Parlament sədrinin müavini, Azərbaycan Respublikası Parlamenti ilə Dostluq Qrupunun rəhbəri Arçil Talakvadze Azərbaycan Milli Məclisinin Xarici və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvləri ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən verilmiş məlumatda görüşdə tərəflərin əlaqələrin daha da inkişafına və parlamentlərarası əlaqələrin dərinləşməsinə töhfə verəcək ikitərəfli münasibətlərin mühüm məsələlərini müzakirə etdikləri deyilir.

Gürcüstan parlamentinin vitse-spikeri həmkarlarına Gürcüstanın Avrointeqrasiya gündəliyi və aparılan islahatlar barədə məlumat verib.

“Bizim dostluğumuz güclü və uğurlu siyasi-iqtisadi əlaqələri əhatə edir, regionda sülhün və rifahın yaxşılaşdırılması üçün ümumi məqsədlərimiz var. Baş nazir İrakli Ğaribaşvilinin rəhbərliyi altında Gürcüstanın həm də sülhün möhkəmləndirilməsi üçün dialoqun təşviqi istiqamətində hər şeyi etdiyini bilirsiniz. Bura region ölkələrinin Gürcüstana olan qarşılıqlı etimadı da daxildir. Onlar bir daha Gürcüstana dəstək və hörmətlərini ifadə etdilər”- deyə Arçil Talakvadze görüşdən sonra açıqlayıb.