Arçil Talakvadze Azərbaycan Respublikasının səfiri ilə vida görüşünü keçirdi
Gürcüstan Parlamentinin sədri, Arçil Talakvadze Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, Dursun Həsənov ilə vida görüşünü keçirdi. Səfir Gürcüstanda diplomatik missiyasını başa çatdırır.
Gürcüstan Parlamentinin mətbuat mərkəzinin məlumatına görə, görüşdə tərəflər fəaliyyəti cəmləşdirdilər və Gürcüstan-Azərbaycanın yeni gündəmi barəsində müzakirə apardılar. Görüşdə Gürcüstan və Azərbaycanda mövcud olan epidemioloji durumu, cavab olaraq həyata keçirilən təbirləri, iki ölkə arasında müxtəlif sahələrdə olan əməkdaşlığın əsas istiqamətlərini və bölgədə təhlükəsizlik məsələlərini müzakirə etdilər.
Parlamentin sədri və Azərbaycan səfiri, Gürcüstan və Azərbaycan arasında mövcud olan dost qonşuluq ələqələrinə, strateji partnyorluğa xüsusi diqqət yetirdilər.
Arçil Talakvadze Dursun Həsənova gələcək diplomatik xidmətində uğurlar arzuladı.