Arçil Talakvadze - avropalı parlamentarinin ölkəyə hakimiyyət və müxalifətlə islahatlar barədə danışmaq üçün deyil, radikal müxalifətin gündəmini təbliğ etmək üçün gəlməsi çaşqınlıq yaradır
Arçil Talakvadze - avropalı parlamentarinin ölkəyə hakimiyyət və müxalifətlə islahatlar barədə danışmaq üçün deyil, radikal müxalifətin gündəmini təbliğ etmək üçün gəlməsi çaşqınlıq yaradır

 

Avropalı parlamentarinin öz ölkəsində, Almaniyada, eləcə də Avropa Parlamentində təmsil etdiyi Avropada qəbuledilməz olanı gələrək əsaslandırması bizim üçün anlaşılmazdır və ictimaiyyətdə çaşqınlıq yaradır – bu barədə Gürcüstan parlamentinin vitse-spikeri Arçil Talakvadze açıqlayıb.

“Viola fon Kramon qanunun konkret olaraq vətəndaşlara hücum etmə, od vurma, vergi ödəyicilərinin pulu ilə alınmış əmlakı yandırma və məhv etməni cəzalandırdığı yerdə işləyir, lakin o, Gürcüstana tam əks məqsədlə gəlmiş kimi görünür. O, gürcü cəmiyyətinə öz ölkəsində və Avropa Parlamentində təmsil etdiyinin tam əksini təklif edir. Avropada qanunun aliliyi onun üçün məqbuldursa, görünür Gürcüstanda qanunun aliliyi məqbul deyil, çünki bu insan dinc aksiya çərçivəsindən kənara çıxanları, həmvətənlərinin üstünə benzin tökməyə, od vurmağa çalışanları və vergi ödəyicilərinin pulu ilə satın alınan əmlakı məhv etməkdə ittiham olunanları müdafiə edir. Avropalı parlamentarinin bu cür addımlar atması, ölkəyə iqtidar və müxalifətlə islahatlarla bağlı danışmaq, insanlara hücumlara obyektiv və ədalətli qiymət vermək, dinc etirazları zorakı etirazlardan ayırmaq əvəzinə radikal müxalifətin gündəmini təbliğ etməsi Gürcüstanda çaşqınlıq yaradır”-deyə Arçil Talakvadze açıqlayıb.