Arçil Talakvadze - Avropa Komissiyasının qiymətləndirməsi açıq şəkildə işarə edir ki, Gürcüstan islahatların doğru yolundadır
Avropa Komissiyasının Gürcüstanın Avropa İttifaqının əsas meyarlarına uyğunluğu ilə bağlı qiymətləndirməsi açıq şəkildə işarə edir ki, Gürcüstan islahatların doğru yolundadır, – bu barədə Parlament çoxluğunun üzvü, Arçil Talakvadze “tvitter” sosial şəbəkəsində yazır.
Onun sözlərinə görə, Gürcüstan namizəd statusunu almağa layiqdir və bu baş verəcək.
“Avropa İttifaqına inteqrasiya xalqımızın tarixi seçimi və güclü istəyidir. Biz namizəd statusunu almağa layiqik və bu baş verəcək”, – Arçil Talakvadze bəyan edir.
Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqına üzvlük müraciəti ilə bağlı hesabat dərc etdirdi.