Arçil Talakvadze - Avropa İttifaqı deoliqarxizasiya ilə bağlı ayrıca qanunun qəbul edilməsi tələbini geri çəkdi, onların tələbi ilə biz daha qanun qəbul etməyəcəyik
Arçil Talakvadze - Avropa İttifaqı deoliqarxizasiya ilə bağlı ayrıca qanunun qəbul edilməsi tələbini geri çəkdi, onların tələbi ilə biz daha qanun qəbul etməyəcəyik

 
Artıq deoliqarxizasiya ilə bağlı ayrıca qanunun qəbuluna ehtiyac yoxdur və qanunverici orqan daha analoji qanun qəbul etməyəcək, çünki bu tələb Avropa İttifaqı tərəfindən ləğv edilib-bu barədə parlamentin vitse-spikeri Arçil Talakvadze danışıb.

Talakvadzenin jurnalistlərə açıqladığı üzrə, Avropa İttifaqı ilə məsləhətləşmələr nəticəsində məlum olub ki, Avropa Gürcüstanda belə bir deoliqarxizasiya qanununun qəbulunu dəstəkləmir.

“Bundan əvvəl biz radikal müxalifətin dəyişikliklərin geri çəkilməsinin qəti əleyhinə olduğunu görürdük. Qanunun qəbulunu tələb edənlər məhz onlar idi. Hakim komanda Avropa Komissiyası və avropalı siyasətçilər ilə konsultasiyalar aparıb və onların tövsiyəsi ondan ibarətdir ki, deoliqarxizasiya haqqında ayrıca qanunun qəbuluna ehtiyac yoxdur və bu, artıq Aİ-nin tələblərinə daxil edilməyəcək, hərçənd bu bənd hökumət deoliqarxizasiya ilə bağlı kompleks tədbirlər planını qəbul edərsə, yerinə yetirilmiş hesab ediləcək, bunu da artıq baş nazir hazırlayıb və parlament onun üzərində işə başlayacaq. Avropa İttifaqı ayrıca qanunun qəbulu tələbini geri götürüb, onların tələbi ilə biz daha qanun qəbul etməyəcəyik, buna ehtiyac yoxdur, hərçənd onlarla razılaşdırılaraq artıq fəaliyyət planı hazırlanıb”- deyə Talakvadze bildirib.

Arçil Talakvadze parlamentdə artıq iki dinləmədə qəbul edilmiş de-oliqarxizasiya haqqında qanun layihəsinin geri götürülüb, yoxsa səsvermədə geri çəkiləcəyini dəqiqləşdirməyib. “Gürcü Arzusu”nun hazırladığı qanun layihəsi Ukrayna modelinə əsaslanır.