Arçil Talakvadze - 7 noyabr əvvəlki hakimiyyətin və bugünkü dırnaq arası əsas müxalifətin ölkəni hansı üsullarla idarə etdiyini bütün ictimaiyyətin yadına salacaq, bu heç vaxt təkrarlanmamalıdır
Arçil Talakvadze - 7 noyabr əvvəlki hakimiyyətin və bugünkü dırnaq arası əsas müxalifətin ölkəni hansı üsullarla idarə etdiyini bütün ictimaiyyətin yadına salacaq, bu heç vaxt təkrarlanmamalıdır

 

Parlamentin vitse-spikeri Arçil Talakvadze noyabrın 7-sinin ictimaiyyətə əvvəlki hakimiyyətin ölkəni hansı üsullarla idarə etdiyini xatırladacağını bildirib.

O , 7 noyabr hadisələrinin Gürcüstanda bir daha təkrarlanmamalı olduğunu bildirib.

“7 noyabr əvvəlki hakimiyyətin və bugünkü dırnaq arası əsas müxalifətin ölkəni hansı üsullarla idarə etdiyini, insanlara necə davrandığını, necə fasad xarakterli demokratiya yaratdığını, həm xalqı , həm də qərbi guya demokratik islahatlar adından əziyyət , igəncə verdiyinə və öz cəmiyyətini dağıtdığına dair aldatdığını xatırladır. Bu bir daha təkrarlanmamalıdır. Bunun bir daha təkrarlanmaması üçün biz qaraya qara, ağa ağ deməli, hadisələri, tarixi və ya indini dəyərləndirərkən şərə öz qiymətini verməli və ədalətli olmalıyıq. Bu, 7 noyabr hadisələrindən ən vacib dərsdir.

O vaxtkı ombudsmanın hesabatı çox vacibdir, hesabatda dövlət tərəfindən hansı irimiqyaslı qanun pozuntularının olduğu ətraflı təsvir edilir. Cəmiyyətin bu hesabatları bir daha görmək və bu hadisələri ola bilsin bizim kimi xatırlamayan nəslə ölkəmizin əvvəlki hakimiyyətdən aldığı kədərli dərsi izah etmək və çatdırmaq üçün tam imkanı var” – deyə Arçil Talakvadze bildirib.