Archil Talakvadze - Gürcüstan Azərbaycan və Ermənistana danışıqlar masası təklif edir, ölkəmizin regionda sülhün möhkəmlənməsinə töhfə vermək üçün tarixi imkanı var
Gürcüstan qonşu ölkələrə, Azərbaycan və Ermənistana danışıqlar masası təklif edir, bu da ölkəmizə bu prosesdə böyük etimadın olduğunu göstərir- bu barədə parlamentin vitse-spikeri Arçil Talakvadze danışıb.
“Gürcüstanın Baş naziri çox vacib işgüzar səfərə ev sahibliyi etdi. Birbaşa bəyanatlar verildi, bu bəyanatlardan Gürcüstanın Azərbaycan üçün, eləcə də region üçün etibarlı tərəfdaş olduğu görünür. Gürcüstan qonşu ölkələrə-Azərbaycan və Ermənistana danışıqlar masası təklif edir, bu da bu, prosesdə ölkəmizə münasibətdə böyük etimadın olduğunu və Gürcüstanın regionda sülhün möhkəmlənməsinə töhfə vermək üçün tarixi imkanının olduğunu göstərir. Məqsədimiz və regiondakı rolumuz uzunmüddətli sülh, sabitlik və inkişafı təmin etməkdir və Gürcüstan bu imkandan maksimum istifadə edəcək”- deyə Archil Talakvadze bildirib.
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili dünən Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə brifinqdə deyib: “Cənubi Qafqazın hər üç ölkəsi regionun problemlərini özləri həll edə bilməlidir, bizim gələcək inkişafımız , gələcəyimiz dinc və sabit olmalıdır”. Bundan əlavə, İlham Əliyev birgə bəyanatlar zamanı qeyd edib: “Bu gün biz Ermənistanla sülh sazişi üzərində fəal işləməliyik. Ümid edirəm ki, biz buna nail olacağıq və Gürcüstan, Ermənistan və Azərbaycanın da iştirakı ilə Cənubi Qafqazda qarşılıqlı əməkdaşlığın baş tutacağı siyasi mühit və vəziyyət yaradacağıq”. Əliyev həmçinin deyib: “Mən İrakli Ğaribaşviliyə bizə vasitəçi rolunu təklif etdiyinə görə təşəkkür edirəm. Ermənistan razılaşarsa, biz dərhal burada, Gürcüstanda görüşlərə başlayacağıq”.