Ararat Mirzoyan - Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə, diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır
Ararat Mirzoyan - Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə, diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır

 
Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə, diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır-bu haqda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Ermənistanın XİN rəhbəri, türk tərəfi ilə dialoq nəticəsində məsələlərin tam şəkildə həlli istiqamətində atılacaq addımlar barədə aydın razılaşmaların əldə olunduğunu bildirib.

“Söhbət təkcə üçüncü ölkələrdən deyil, həm də diplomatik pasportlara malik Ermənistan Respublikası və Türkiyə vətəndaşlarından gedir. Düşünürəm ki, razılaşmaları praktikada tətbiq etmək və onların necə reallığa çevriləcəyini öyrənməyin vaxtıdır” – deyə Ararat Mirzoyan qeyd edib.

Həmçinin, Ermənistanın xarici işlər naziri, Yerevanın bir aya hazırlığı başa çatdırmağa və Bakı ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib.

“Bir aya sülh sazişinin imzalanması təklifi ilə bağlı azərbaycanlı həmkarların müsbət reaksiyasını gördük deyə bilmərəm. İnanıram ki, biz bunu edəcəyik, Cənubi Qafqazda münaqişə səhifəsini bağlayacağıq və regiona sülh gətirəcəyik, inanıram ki, bu sülh region ölkələri və onların vətəndaşları üçün faydalı olacaq”- deyə Ararat Mirzoyan bildirib.