Aprelin 6-7-də Brüsseldə NATO xarici işlər nazirlərinin iclası keçiriləcək
Aprelin 6-7-də Brüsseldə NATO xarici işlər nazirlərinin iclası keçiriləcək

 
Aprelin 6-7-də Brüsseldə NATO xarici işlər nazirlərinin iclası keçiriləcək, Gürcüstan da dəvət olunub.

NATO tərəfindən yayılan məlumata görə, iki gün davam edəcək ministerialın ilk günündə, aprelin 6-da ittifaqa üzv ölkələrin xarici işlər nazirləri işgüzar nahar rejimində müzakirə aparacaqlar, aprelin 7-də isə Şimali Atlantika Şurasının iclası iki sessiya olaraq keçiriləcək.

Alyansın üzvləri ilə yanaşı görüşə Avstraliya, Finlandiya, Gürcüstan, Yaponiya, Koreya, Yeni Zelandiya, İsveç və Ukraynanın xarici işlər nazirləri, həmçinin Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi dəvət olunub.