Aprelin 3-4-də Gürcüstanda güclü külək, dənizdə fırtına, bəzi yerlərdə şimşəklə müşaiyət olunacaq yağış gözlənilir
Milli Ətraf Mühit Agentliyi Gürcüstanda aprelin 3-4-də gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Sinoptiklərin proqnozuna görə, aprelin 3-ü günün ikinci yarısından aprelin 4-ü səhərədək Gürcüstanda güclü qərb küləyinin əsəcəyi gözlənilir. Dənizdə 3-4 bal gücündə fırtına ola bilər.
Onların verdiyi məlumatda axşam saatlarında bəzi yerlərdə şimşəklə müşaiyət olunacaq qısamüddətli yağış yağacağı, dolu düşə biləcəyi deyilir.