Aprelin 13-ü də daxil olmaqla Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, aprelin 14-15-də isə vaxtaşırı yağış yağacağını proqnozlaşdırırlar
Milli Ətraf Mühit Agentliyi aprelin 13-15-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Sinoptiklərin proqnozuna görə, aprelin 16-dək Gürcüstanın bəzi rayonlarında vaxtaşırı yağıntılı hava şəraiti davam edəcək.
Aprelin 13-də Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, aprelin 14-15-də isə ola bilsin qısamüddətli yağış yağsın, şimşək çaxsın. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə qeydə alınacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) aprelin 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, aprelin 14-15-də isə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +17, +19 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) aprelin 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, aprelin 14-15-də isə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo) bəzi yerlərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +16, +18 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro) bəzi yerlərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +13, +15 dərəcə qeydə alınacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) bəzi yerlərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə olacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) bəzi yerlərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistsğaro) bəzi yerlərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +17, +19 dərəcə olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) bəzi yerlərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +12, +14 dərəcə olacaq” – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.