Aprelin 13-dən sərbəst qalmış avtobuslar yeddi marşrut xəttinə əlavə olunacaq
Xəttlərə 18 metrlik avtobusların buraxılması nəticəsində sərbəst qalmış avtobuslar aprelin 13-dən yeddi marşrut xəttinə əlavə olunacaq, bu da nəqliyyatın gözləmə vaxtını azaldacaq. Bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin bu gün keçirilən iclasında açıqlayacaq.
“Nəqliyyat siyasətimizin istiqamətlərindən biri ictimai nəqliyyatı daha rahat etmək üçün avtobusları dəyişdirmək, yeniləmək və əlavə etməkdir. Bildiyiniz kimi, ölkəyə gətirilən 18 metrlik avtobuslar müxtəlif marşrut xətti üzrə bölünüb. İlk növbədə, ən çox sərnişin axını olan və avtobusların əlavə edilməsinə ən çox ehtiyac duyulan istiqamətləri götürdük. Aprelin 13-dən sərbəst qalmış avtobuslar yeddi marşrut xəttinə əlavə olunacaq, bunun nəticəsində N304 marşrutu üzrə gözləmə müddəti 15 dəqiqəyə, N307 halında 12 dəqiqəyə, N311-də 14 dəqiqəyə qədər, N315-də 15 dəqiqəyə qədər, N339-da – 6 dəqiqəyə qədər, N351-də – 10 dəqiqəyə qədər, N385 halında isə 10 dəqiqəyə qədər azalacaq” – Kaxa Kaladze açıqlayıb.
O, əlavə avtobusların şəhərə gətirilməsindən sonra sərbəst qalmış resursların bölünməsi prosesinin davam edəcəyini bildirib.
“Əlavə avtobusların tədricən gəlməsini gözləyirik, mümkün qədər çox insan daşıya bilməyimiz üçün sərbəst qalmış avtobuslar müxtəlif marşrut xəttlərinə əlavə olunacaq. Bütün bunlar bizə ictimai nəqliyyatla səyahətin daha sürətli və rahat olmasına imkan verəcək”- deyə Kaxa Kaladze qeyd edib.
Tbilisi meri hökumətin iclasında ictimaiyyətə statistik göstəriciləri də təqdim edib.
“2018-ci illə müqayisədə xətt üzrə işləyən avtobusların sayı 27%, sərnişin tutumu isə 65% (21 min sərnişin) artıb. Düşünürəm ki, bu siyasətlə biz sərnişin axınını daha da artıra biləcəyik. Həyata keçirilən tədbirlərin ilk nəticələri artıq göz qabağındadır. Nümunə üçün, aprelin 1-də avtobuslarla rekord sayda sərnişin (600 min səfər) daşınıb və layihə başa çatdıqdan sonra bu göstəricilər daha da artacaq”- deyə Kaxa Kaladze açıqlayıb.