Aprelin 12-si və 13-də Gürcüstanın əksər rayonlarında hava şəraitinin pisləşəcəyini gözləyirlər
Milli Ətraf Mühit Agentliyinin məlumatında aprelin 12-si və 13-ü günün birinci yarısına kimi Gürcüstanın əksər rayonlarında şimşəklə müşaiyət olunan yağış yağacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, Şərqi Gürcüstanda dolu düşə biləcəyi deyilir. Güclü qərb küləyi əsəcək, dənizdə 2-3 bal gücündə fırtına ola bilər.
Sinoptiklərin proqnozlarına əsasən gözlənilən leysan yağışları Gürcüstan çaylarında suyun səviyyəsinin xeyli yüksəlməsinə, ölkənin dağlıq ərazilərində isə sürüşmə proseslərinin başlamasına-aktivləşməsinə, yüksək dağlıq ərazilərdə qar uçqunlarının əmələ gəlməsinə səbəb ola bilər.