"Apple" Rusiyanın tələbinə tabe oldu və xəritədə Krımı Rusiya ərazisi kimi göstərdi
"Apple" Rusiyanın tələbinə tabe oldu və xəritədə Krımı Rusiya ərazisi kimi göstərdi

“Apple” şirkəti Rusiyanın tələbinə tabe oldu və xəritədə Krımı Rusiya ərazisi kimi göstərdi.

Bu gündən etibarən, 2014-cü ildə Rusiya tərəfindən qanunsuz işğal edilən yarım ada “Apple” aplikasiyalarında Rusiya Federasiyasının bir hissəsi kimi göstərilir.

Bu haqda məlumatı BBC yayır.

Ancaq, qeyd edilməlidir ki, istifadəçilər Krımı Rusiya ərazisi olaraq, ancaq “Apple” qurğularından Rusiyada istifadə etdikləri zaman görürlər. Rusiyadan kənarda isə, Krım yenə də Ukrayna ərazisi kimi görünür.

“Apple”-dəki dəyişiklikləri Kiyevdə sərt şəkildə tənqid edirlər.

“Ai-fon” möhtəşəm bir produkdur, ancaq “Apple”-dən xahiş edirik, siz yeni texnologiyarınıza və əyləncənizə fikir verin. Qlobal siyasətdə çox zəyifsiniz çünki.

Krım Ukraynadır” – yazır Ukraynanın Xarici İşlər Naziri Vadim Pristaiko “Tvitterdə”.

Krımın ərazi statusu ilə bağlı danışıqlar “Apple” şirkəti və Rusiya arasında bir neçə ay davam edirdi.

İlk başlarda, şirkət Krımı ərazi statusu bəlli olmayan yer kimi göstərməyi təklif edirdi, ancaq Rusiya tərəfi buna razı olmadı.