Appelyasiya məhkəməsi sabiq həyat yoldaşını döyən şəxsə həbs cəzası verdi
Kutaisi Appelyasiya Məhkəməsi sabiq həyat yoldaşını fiziki təhqir edən şəxsə həbs cəzası verdi.
Qriqol Bakuradzenin sabiq həyat yoldaşı Dea Qoşxeteliani, sabiq həyat yoldaşını, evinə gəlib, ailə üzvlərinin yanında döydükdən sonra şikayət etdi.
Hadisə cari ilin yanvarın 3-də baş verdi.
Şikayət edilən şəxsi birinci instansiya məhkəməsi 3000 larilik girov əsasında azad etdi.
Bundan sonra, onun sabiq həyat yoldaşı və prokurorluq Appelyasiya Məhkəməsinə müraciət etdilər.
Nəticədə, hakim qərarı ilə, Qriqol Bakuradze məhkəmə zalından həbs edildi.