Apellyasiya Məhkəməsi Nikoloz Basilaşvili barəsində şəhər məhkəməsinin çıxardığı bəraət hökmünü qüvvədə saxlayıb
Apellyasiya Məhkəməsi Nikoloz Basilaşvili barəsində şəhər məhkəməsinin çıxardığı bəraət hökmünü qüvvədə saxlayıb

 
Tbilisi Apellyasiya Məhkəməsi Nikoloz Basilaşvili barəsində birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb və onun keçmiş həyat yoldaşına qarşı psixoloji və fiziki zorakılıqda günahsız olduğunu tanıyıb.

Nikoloz Basilaşvili və Neli Doroğaşvili iclasda iştirak etməyiblər.

İttihamçı tərəf Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edəcəklərini bildirir.

Neli Doroğaşvilinin vəkili qərarın dəyişəcəyi ilə bağlı ümidləri olmadığını bildirib. Ana Tavxelidze üçüncü instansiya məhkəməsində qərar dəyişdirilməsə, Strasburq məhkəməsinə müraciət edəcəklərini deyib.