Apellyasiya Məhkəməsi də general Samson Kutateladzenin qətli hissəsində Qiorqi Chanturianı təqsirli bilməyib
General Samson Kutateladzeni öldürməkdə təqsirləndirilən Qiorqi Chanturia apellyasiya məhkəməsi tərəfindən də qətl hissəsində təqsirli bilinməyib.
Tbilisinin Apellyasiya Məhkəməsi bu hissədə Rustavi Şəhər Məhkəməsinin bəraət hökmünü qüvvədə saxlayıb. Birinci instansiyanın hökmündən prokurorluq apellyasiya şikayəti vermişdi.
Tbilisinin Apellyasiya Məhkəməsi həmçinin Rustavi Məhkəməsinin silah hissəsində çıxardığı həbs-qətimkan hökmünü qüvvədə saxlayıb. Vəkillər Chanturia barəsində qanunsuz silah əldə edilməsi-saxlanılması-daşınması hissəsində çıxarılmış 6 il həbs cəzasından apellyasiya şikayəti veriblər və bu hissədə də təqsirləndirilən şəxsə bəraət hökmünün çıxarılmasını tələb ediblər.
Hökmün elan edilməsindən sonra zalda səs-küy yaranıb. Samson Kutateladzenin ailə üzvləri apellyasiya məhkəməsinin hökmünə etiraz ediblər. Onlar qətldə Chanturianı günahlandırıblar. Prokurorluq hökmdən Ali Məhkəməyə şikayət etməyi planlaşdırır. Ehtimal ki, müdafiə tərəfi də silah hissəsində çıxarılmış həbs-qətimkan qərarını Ali Məhkəməyə şikayət edəcək.
Qiorqi Chanturia hökm elan edilməzdən əvvəl yekun çıxış haqqından istifadə edib. Özünün də dediyi kimi, günahsızdır və silah hissəsində də bəraət hökmünün olacağına ümid etdiyini bildirib.
Samson Kutateladze Rustavi bazarının direktoru və hissədarı olub. O, 2018-ci ilin yanvarın 15-də Rustavi bazarının ərazisində qətlə yetirilib. İki günə Qiorqi Chanturia qanunsuz odlu silah əldə edilməsi-saxlanılması-daşınması ittihamı ilə saxlanılıb. Daha sonra onun barəsində qətl maddəsi ilə ittiham irəli sürülüb.