Aparılan reabilitasiya işləri ilə əlaqədar olaraq “Kazbeqi” gömrük-keçid məntəqəsində sərhəddi keçən yüngül avtomobillər üçün çıxışların işləməsi bir ay müddətinə dayandırılacaq
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən verilən məlumata əsasən, mayın 5-dən bir ay müddətində “Kazbeqi” gömrük keçid məntəqəsində aparılan tikinti/reabilitasiya işləri ilə əlaqədar (yüngül avtonəqliyyat vasitələri üçün yeni çıxışların təşkili məqsədilə) yüngül avtomobillərin dövlət sərhədindən keçməsi üçün nəzərdə tutulmuş mövcud çıxışların fəaliyyəti müvəqqəti dayandırılacaq.
“Məlumat veririk ki, yüngül avtonəqliyyat vasitələrinin, hərəkətində müəyyən ləngimə ilə, yük avtomobilləri üçün nəzərdə tutulmuş ehtiyat çıxışlar vasitəsilə müvəqqəti olaraq hərəkəti həyata keçiriləcək.
Həmçinin nəzərinizə çatdırırıq ki, sərnişinlər üçün sərhəd-keçid prosedurları 24 saat ərzində dəyişməz olaraq həyata keçiriləcək.
Reabilitasiya işləri başa çatan kimi “Kazbeqi” gömrük-keçid məntəqəsi adi qaydada olaraq tam gücü ilə fəaliyyət göstərəcək. Müvafiq olaraq, sərnişinlərin/yüngül avtomobillərin və yüklərin daşınması rahat həyata keçiriləcək”, – deyə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatında bildirilir.