Anzor Çubinidze Robin Danniqanla görüş keçirib
Anzor Çubinidze Robin Danniqanla görüş keçirib

 
Dövlət Xüsusi Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze Amerika Birləşmiş Ştatlarının yeni təyin olunmuş səfiri Robin Danniqanı qəbul edib.

Görüşdə tərəflər səfirlik ilə qurum arasında mövcud əlaqələri müzakirə edib, dünyada mövcud təhdidlər və müasir çağırışlar barədə danışıblar, hadisələrin mümkün inkişafı və onların Gürcüstana mümkün təsirləri ətrafında fikir mübadiləsi aparıblar.

Gürcüstanın Dövlət Xüsusi Mühafizə Xidmətinin yaydığı məlumata əsasən, səfir Danniqan qurumun əməkdaşlarının peşəkarlığını xüsusilə vurğulayaraq, yüksək keyfiyyətli xidmətə görə minnətdarlığını bildirib və əməkdaşlığı dərinləşdirmək arzusunda olduğunu ifadə edib.

Verilmiş məlumatda qeyd edildiyi üzrə, Dövlət Xüsusi Mühafizə Xidməti 1995-ci ildən davamlı olaraq ABŞ səfirinin mühafizəsini təmin edir.