Anzor Çubinidze məhkəməyə məktubla müraciət edib , o məktubunda növbəti iclaslarda iştirak etməyə və ifadə verməyə hazır olduğunu bildirib
Dövlət Xüsusi Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze məhkəməyə məktub göndərərək, iclasda iştirak etməməsinin üzrlü sayılmasını xahiş edib.
Müdafiə tərəfi Anzor Çubinidzenin büdcə vəsaitinin mənimsənilməsi məsələsi ilə bağlı dindirilməsini tələb edir və onların fikrincə Anzor Çubinidzenin verəcəyi məlumat məsələ üçün əhəmiyyətli olacaq, çünki onların sözlərinə görə, Dövlət Xüsusi Mühafizə Xidmətində dırnaq arası xərclər “Gürcü Arzusu”-nun hakimiyyəti dövründə də olub.
Anzor Çubinidze məktubda iclasda ifadə verməyə hazır olduğunu bildirir və dekabrın 28-dək Latviyada, Riqada ezamiyyətdə olduğunu və növbəti iclaslarda iştirak etməyə hazır olduğunu qeyd edir.
Prokurorluq Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili və Dövlət Xüsusi Mühafizə Xidmətinin keçmiş rəhbəri Temur Canaşiyanı dövlət büdcəsinin vəsaitlərini mənimsəməkdə ittiham edir. Söhbət Dövlət Xüsusi Mühafizə Xidmətinə məxsus 9 024 367 larinin mənimsənilməsindən gedir.