Anzor Çubinidze - Bidzina İvanişvilinin Əliyev-Ğaribaşvili görüşündə iştirak etmədiyini yüz faiz zəmanətlə deyirəm
Dövlət Xüsusi Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze Bidzina İvanişvilinin Əliyev-Ğaribaşvili görüşündə iştirak edib-etməməsi ilə əlaqədar sualın qeyri-ciddi olduğunu bildirib.
Çubinidze mühafizə xidmətinin rəhbəri kimi öz işini gördüyünü, təhlükəsizliyi təmin etdiyini və Bidzina İvanişvilinin görüşdə iştirak etmədiyini dəqiq bildiyini söyləyir.
“Məncə, çox qeyri-ciddi sualdır. Təbii ki, görüşdə iştirak etmirdim. Mən mühafizə xidmətinin rəhbəriyəm, orda idim, təhlükəsizliyi təmin edirdim. Bidzina İvanişvilinin orada olmadığını yüz faiz zəmanətlə deyirəm” – deyə Anzor Çubinidze bildirib.