Antonio Taiani - Gürcüstan və İtaliya arasında münasibətləri gücləndirəcək önəmli razılaşmalar imzaladıq, Gürcüstanın Avropa yolunu və ərazi bütövlüyünü dəstəkləyirik
Gürcüstan və İtaliya arasında yüksək səviyyəli dialoqun yaradılması haqqında bəyannamənin imzalanmasına İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, Antonio Taiani “tvitter” sosial şəbəkəsində əks səda verir.
“Gürcüstanın Xarici İşlər naziri ilə birlikdə, ikitərəfli əlaqələrimizi gücləndirəcək, elm və mədəniyyət sahəsində əməkdaşlığı dərinləşdirəcək önəmli razılaşmalar imzaladıq. Gürcüstanın Avropa yolunu və ərazi bütövlüyünü dəstəkləyirik”, – Taiani yazır.
Gürcüstanın Xarici İşlər naziri, İliya Darçiaşvili və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, Antonio Taiani Gürcüstan və İtaliya Respublikası arasında yüksək səviyyəli dialoqun qurulmasına dair birgə bəyannaməni 21 apreldə imzaladılar.