Antonio Taian- Ukraynanın müdafiəsi Avropanın müdafiəsi deməkdir, ruslar qalib gəlsələr, Moldovadan başlayacaqlar, bunu artıq Gürcüstanla da sınayıblar, Putin Sovet İttifaqını bərpa etmək istəyir və dayanmayacaq
Ukraynanın müdafiəsi Avropanın müdafiəsidir. Ruslar orada qalib gəlsələr, Moldovadan başlayacaqlar. Bu, artıq Gürcüstanla sınaqdan keçirilib. Putin Sovet İttifaqını bərpa etmək istəyir-bu barədə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Antonio Taian ispan mətbuatına müsahibəsində açıqlayıb.
İtaliya XİN rəhbəri Qərbin vəzifəsinin Ukraynaya Rusiya ilə müharibədən sonra ədalətli sülhə nail olmaqda kömək etmək olduğunu bildirib, çünki onun sözlərinə əsasən, Rusiya Federasiyasının Prezidentinin məqsədi Sovet İttifaqını bərpa etməkdir və o, Ukraynada dayanmayacaq.
“Biz təyyarələr göndərməyəcəyik, lakin Ukraynanın yenidən qurulmasına kömək edəcəyik: indi və sonra, çünki Ukrayna Avropa İttifaqının bir hissəsi olacaq. Bütün ölkələr sülhün bərqərar olmasına töhfə verməlidir. Çin də belədir. Sülhdən danışmaq yaxşıdır, lakin ruslar Ukraynada qalsalar, razılaşma olmayacaq”-deyə Antonio Taian qeyd edib.