Antonio Quterreş – “HƏMAS”ın oktyabrın 7-də təşkil etdiyi dəhşətə heç nə haqq qazandıra bilməz

11:55, 07.04.2024

İsrail -“HƏMAS” qarşıdurmasının başlamasından altı ay keçir. BMT-nin baş katibi Antonio Quterreş buna sosial şəbəkədə münasibət bildirir.

Quterreş yayımlanan videoda, BMT-nin oktyabrın 7-də vəhşicəsinə öldürülən 1200 nəfərə görə məyus olduğunu bildirir.

“HƏMAS”ın oktyabrın 7-də təşkil etdiyi dəhşətə heç nə haqq qazandıra bilməz.Cinsi zorakılıq, işgəncə, mülki şəxslərin yaralanması və qaçırılması, mülki hədəflərə qarşı hücum və insanlardan qalxan kimi istifadə edilməsi. Hələ də “HƏMAS”və digər silahlı qrupların əlində olan girovları azad etməyə çağırıram”, – deyə Quterreş sosial şəbəkədə yazır.

Oxşar