Antonio Guterres Livandakı dramatik eskalasiyadan narahat olduğunu söylədi
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin sözlərinə görə, o, Livandakı dramatik eskalasiyadan dərin narahatdır.
“Bu zorakılıq dövrü indi dayandırılmalı və bütün tərəflər geri çəkilməlidir. Mən tərəfləri Təhlükəsizlik Şurasının qətnaməsinə tam əməl etməyə və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram. Həmçinin, mən sizi bir daha Qəzzada atəşi dayandırmağa və orada saxlanılan bütün girovları azad etməyə çağırıram”. – Birləşmiş Millətlər Təşkilatının baş katibinin bəyanatında qeyd olunur.
Məlumat üçün bildirək ki, ötən gecə İsrail Hizbullahın mərkəzi qərargahına hücum edib. Hücum nəticəsində “Hizbullah”ın lideri Həsən Nəsrullah öldürülüb. Hücum nəticəsində Nəsrullahdan başqa, cənub cəbhəsinin komandiri də daxil olmaqla, “Hizbullah”ın digər üzvləri də məhv edilib.