Antoni Blinken “Böyük Yeddilik” ölkələrinin toplantısında iştirak edəcəyi İtaliyaya yollanıb

14:44, 24.11.2024

ABŞ dövlət katibi Entoni Blinken “Böyük Yeddilik” ölkələrinin toplantısında iştirak edəcəyi İtaliyaya gedib.

G7 liderləri keçən həftə sanksiyalar, ixrac nəzarəti və digər tədbirlər vasitəsilə Ukraynaya müdaxiləsi ilə bağlı Rusiyaya təzyiqi davam etdirmək öhdəliyini təsdiqlədilər. Eyni zamanda liderlər Kiyevə lazım olduğu qədər dəstək verəcəklərini vəd ediblər.

Dövlət Departamentinin məlumatına görə,
İtaliyada keçiriləcək görüşdə Blinken Yaxın Şərqdə davam edən münaqişə, Rusiya-Ukrayna müharibəsi, Hind-Sakit okean regionunun təhlükəsizliyi, Haiti və Sudanda davam edən böhranlar kimi məsələləri müzakirə edəcək.

Bundan əlavə, “Böyük Yeddilik”in görüşündən sonra Entoni Blinken Vatikanda Papa Fransisklə görüşməyi planlaşdırır.

İtaliya 2024-cü ildə G7-nin dönəmdəki sədridir.

Oxşar