Anti-terorist əməliyyatı zamanı zərər görən mənzilləri meriya təmir edəcək
Anti-terorist əməliyyatı zamanı zərər görən mənzilləri meriya təmir edəcək

Tbilisidə, Beri Qabriel Salosi küçəsində həyata keçirilən anti-terorist əməliyyatı zamanı zərər görən mənzillərin təmiri üçün 300 000 lari ayrılıb.

Bu barədə bəyanatı Meriyanın abadlaşdırma xidmətinin rəhbəri Givi Kublaşvili verdi.

Onun dediyinə görə,  anti-terorist əməliyyatı zamanı zərər görən binanın bir neçə mənzilini Tbilisi meriyasının abadlaşdırma xidməti təmir edəcək.

“Əsasən beş mənzil zərər görüb. Yenə ikisinə isə, biraz zərər dəyib. Tam olaraq, 600 kvadrat metr təmir edilməlidir” – dedi Givi Kublaşvili.

Beri Qabriel Salosi küçəsində xüsusi əməliyyat noyabrın 22-də keçirildi.