Anti-korrupsiya Bürosu siyasi partiyaların, seçki subyektlərinin və seçki məqsədləri bəlli olan şəxslərin maliyyə monitorinqini həyata keçirəcək
Anti-korrupsiya Bürosu siyasi partiyaların, seçki subyektlərinin və seçki məqsədləri bəlli olan şəxslərin maliyyə monitorinqini həyata keçirəcək

 
Anti-korrupsiya Bürosu siyasi partiyaların, seçki subyektlərinin və seçki məqsədləri bəlli olan şəxslərin maliyyə monitorinqini həyata keçirəcək. Müvafiq dəyişikliklər Gürcüstanda Anti-korrupsiya Bürosunun yaradılmasını nəzərdə tutan qanun layihəsinə daxil edilir.

Qüvvədə olan qanuna görə, yuxarıda qeyd olunan səlahiyyət Dövlət Audit Xidmətinə məxsusdur. Dəyişikliyə əsasən, dövlət məmurları Dövlət Xidməti Bürosu əvəzinə, əmlak bəyannaməsini Anti-korrupsiya Bürosuna təqdim etməli olacaqlar.

Vəzifəli şəxslərin əmlak baxımından vəziyyətinə dair bəyannaməsinin qəbulu, doldurulması- təhvil edilməsinə nəzarət, saxlanılma, monitorinq, açıqlıq və bu sahədə digər müvafiq tədbirlərin həyata keçirilməsi səlahiyyəti məhz Anti-korrupsiya Bürosunun funksiyası olaraq müəyyən ediləcək, bu sadaladıqlarmız qüvvədə olan qanunla hələ də Dövlət Xidmət Bürosu tərəfindən həyata keçirilir.

Parlamentin Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili Anti-korrupsiya Bürosunun funksiyalarının genişləndirilməsi ilə bağlı yeniliyin Avropa Komissiyasının 12 bəndlik tövsiyəsinə və bu məsələ ilə bağlı qeyri-hökumət təşkilatlarının səsləndirdiyi fikir və təkliflərə tam cavab verdiyini bildirir.