Anti-korrupsiya Agentliyinin əməkdaşları Ozurqeti meriyasının keçmiş əməkdaşını rüşvət alması faktına görə saxlayıblar
Anti-korrupsiya Agentliyinin əməkdaşları Ozurqeti meriyasının keçmiş əməkdaşını rüşvət alması faktına görə saxlayıblar

 

DTX-nin Anti-korrupsiya Agentliyinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində, rüşvət alma və rüşvət almağa kömək etmə faktı üzrə, hakimin qərarı əsasında Ozurqeti meriyasının hərbi qeydiyyat, çağırış və səfərbərlik xidmətinin keçmiş rəisi İ.L. və bir vətəndaşı B.Q.-ni saxlayıblar.

DTX-dən verilən məlumatda, istintaq nəticəsində Ozurqeti meriyasının keçmiş əməkdaşının vətəndaşın yardımı ilə çağırışçının məcburi hərbi xidmətini qeyri-rəsmi olaraq təxirə salmaq müqabilində 1500 lari rüşvət aldığının müəyyən edildiyi deyilir.

“Dövlət Təhlükəsizlik Xidmətinin Anti-korrupsiya Agentliyi tərəfindən Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır. Sözügedən maddə cəza olaraq 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Ozurqeti meriyasının saxlanılmış keçmiş əməkdaşı törətdiyi cinayəti etiraf edir və istintaqla əməkdaşlıq edir”- deyə DTX-nin bəyanatında deyilir.