Anri Oxanaşvili - Salome Zurabişvilinin Saakaşvilini əfv etməsi Gürcüstan dövlətinə qarşı çıxmaqla yanaşı, həm də Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına məhəl qoyulmaması olacaq
Anri Oxanaşvili - Salome Zurabişvilinin Saakaşvilini əfv etməsi Gürcüstan dövlətinə qarşı çıxmaqla yanaşı, həm də Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına məhəl qoyulmaması olacaq

 
Salome Zurabişvilinin cinayətləri ifşa olunmuş Saakaşvilini əfv etməsi Gürcüstan dövlətinin maraqlarına qarşı çıxmaqla və ictimaiyyətin maraqlarına məhəl qoymamaqla yanaşı, həm də yüksək nüfuzlu beynəlxalq məhkəmənin qərarlarına məhəl qoyulmaması olacaq-bu haqda Parlamentin Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili açıqlayıb.

Oxanaşvili bildirib ki, bunun çox ağır siyasi reaksiyası olacaq.

“Onun tərəfindən heç nə istisna olunmur, lakin fala baxmayacağıq. Açığı, belə proseslər onun tərəfindən idarə olunub. Görünən odur ki, Salome Zurabişvili belə çətin qərar verərsə, bunun, onun şəxsi qərarı deyil, Avropa Parlamentində siyasi qrupların tələb etdiyini deyərək özünə bəraət qazandırması üçün lobbi qrupu-Avropa Parlamentinin konkret deputatları tərəfindən qətnamələr aktiv şəkildə hazırlanır və sonra imza toplanır. Bu zəminin hazırlanmasıdır. O, bu yolu seçərsə, bunun kəskin siyasi qiymətləndirməsi olacaq”- Anri Oxanaşvili açıqlayıb.