Anri Oxanaşvili - Saakaşvili müxalifət qruplarına qarşı bullinqi davam etdirir, heç bir radikal ssenarinin inkişafına imkan verməyəcəyik
Mixeil Saakaşvili müxalifət qruplarına qarşı bullinqi davam etdirir.
Çoxu parlamentdədir, bəziləri parlamenti tərk edib. Saakaşvilinin bugünkü bəyanatı onlara ünvanlanıb və Mixeil Saakaşvilinin təklifi ilə razılaşıb-razılaşmadıqlarını onlardan soruşmaq lazımdır – bu barədə Parlamentin Hüquq Məsələləri üzrə Komitəsinin sədri Anri Oxanaşvili suala cavab olaraq bildirib.
Jurnalistlər Oxanaşvilidən məhkəmə iclasında Saakaşvilinin “parlamentari oyunu oynadığınız artıq bəsdir. Mən sizi parlamentdən getməyə çağırmıram, xeyr, parlamentdə qalın, amma bir məsələ danışılmalıdır- hakimiyyətdən nə vaxt gedəcəksiniz. Bugünkü gün üçün başqa sual-cavab ola bilməz”-deyə parlament müxalifətinə ünvanladığı bəyanatını şərh etməsini xahiş ediblər.
Oxanaşvilinin də qeyd etdiyi kimi, Mixeil Saakaşvili sabitliyin pozulması və radikalizmlə assosiasiya olunur.
“Mixeil Saakaşvili müxalifət qruplarına qarşı bullinqi davam etdirir. Söhbət əvvəllər də tez-tez Saakaşvilinin bullinqinin qurbanına çevrilən və onun yazdığı ssenari üzrə hərəkət edən müxalifət qruplarından gedir. Çoxu parlamentdədir, bəziləri parlamenti tərk edib. Saakaşvilinin bugünkü bəyanatı onlara ünvanlanıb və Mixeil Saakaşvilinin təklifi ilə razılaşıb-razılaşmadıqlarını onlardan soruşmaq lazımdır. Ümumiyyətlə, Saakaşvili harada olmasından asılı olmayaraq, sabitliyin pozulması və radikalizmlə assosiasiya olunur. Bu onun təbiətidir və deyəsən onu düzəltmək mümkün deyil. Əlbətdə ki, bu partiya tərəfindən hər hansı radikal ssenarinin inkişafına imkan verməyəcəyik. Saakaşvilinin istəyi ölkədə sabitliyin pozulması olub və hazırda da bu belədir. O və partiyası xalqın dəstəyi olmadan revanşist şəkildə hakimiyyətə gəlmək istəyir ki, halbuki hər dəfəsində buna nöqtə qoyulub. Müvafiq olaraq, onun arzuları həyata keçmir, lakin onun özünü ifadə etmək üçün konstitusion hüququ var – o, indiyə qədər söylədiklərini davam etdirə bilər” –deyə Anri Oxanaşvili bildirib.