Anri Oxanaşvili - ölkəmizin suverenliyinə, xalqın maraqlarına zidd bəyanatlar verən insanlar bizim üçün arzuolunan şəxslər sayıla bilməz
Anri Oxanaşvili - ölkəmizin suverenliyinə, xalqın maraqlarına zidd bəyanatlar verən insanlar bizim üçün arzuolunan şəxslər sayıla bilməz

 

Ölkəmizə düşmən münasibəti bəsləyən insanların qeyri-ciddi və absurd mövqeləri mənim üçün maraqlı deyil- bu barədə parlament əksəriyyətinin üzvü Anri Oxanaşvili Ukrayna prezidentinin müşaviri Mixail Podolyakın bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Gürcüstana düşmən münasibəti bəsləyən şəxslər arzuolunan şəxslər ola bilməzlər.

“Müvafiq olaraq, ölkəmizin suverenliyinə və xalqımızın maraqlarına zidd bəyanatlarla çıxış edən, ölkəmizə yönəlik düşmən bəyanatları verən və ölkəmizin maraqları onlar üçün heç bir məna kəbs etməyən insanlar bizim üçün arzuolunan şəxslər sayıla bilməz. Bu cür bəyanatlar yalnız bu şərhlə məhdudlaşmalıdır” – deyə Oxanaşvili bildirib.

Ukrayna prezidentinin müşaviri Mixail Podoliak “Amerikanın səsi” nə müsahibəsində Gürcüstandan danışıb.