Anri Oxanaşvili -  Nino Lomjarianın ali məhkəməyə namizədlərin dinlənilməsində   iştirak etməyəcəyindən dolayı məyusam, o, prosesdə iştirak etmək məcburiyyətindədir
Anri Oxanaşvili - Nino Lomjarianın ali məhkəməyə namizədlərin dinlənilməsində iştirak etməyəcəyindən dolayı məyusam, o, prosesdə iştirak etmək məcburiyyətindədir

“Heç bir obyektiv hal olmadan  və ombudsman öz hüquqlarından istifadə etməyi rədd etdikdə, başqa ölkədən olan ombudsmanların bunu öyrənmələri təəccüb doğurucu fakt olacaq” -deyə bu barədə Parlamentin Hüquq Məsələləri Komitəsinin sədri, Anri Oxanaşvili xalq müdafiəçisinin bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, ombudsman prosesdə iştirak etmək məcburiyyətindədir.

“Xalq Müdafiəçisinin şəffaf proseslə bağlı açıqlaması təəssüf doğurucudur. Fikrimcə, Nino Lomjaria prosesə qoşulma  və monitorinq həyata keçirməyə  məsuliyyət daşımaqla yanaşı, həm də buna məcburdur. Təəssüf ki, o bundan imtina edir.  O , parlament tərəfindən hansı rekomendasiyalar əməl edilmədiyini, hansı prosesin müvafiq şəkildə aparılmadığını  və Ali Ədliyyə Şurasında hansı xətaların olmasına dair mövqeyini bildirməlidir. Heç bir obyektiv hal olmadan  və ombudsman öz hüquqlarından istifadə etməyi rədd etdikdə, başqa ölkədən olan ombudsmanların Gürcüstanda belə faktların qeydə alınmasını öyrənmələri təəccüb doğurucu fakt olacaq.   Hüquqların müdafiəsi onun səlahiyyəti deyil, hüquqların qorunması üzərində nəzarət onun vəzifəsidir” -deyə Oxanaşvili bildirib.

Məlumat üçün bildirək ki, Xalq Müdafiəçisi Ali Məhkəməyə namizədlərin dinlənilməsində iştirak etməyəcək.