Anri Oxanaşvili - müxalifətin bir hissəsi işçi qruplarının görüşlərinə qatılmır, bu, xalqın iradəsinə qarşı sabotajdır , Avropa perspektivi üçün masanı çevirməkdir
Anri Oxanaşvili - müxalifətin bir hissəsi işçi qruplarının görüşlərinə qatılmır, bu, xalqın iradəsinə qarşı sabotajdır , Avropa perspektivi üçün masanı çevirməkdir

 

Parlamentin Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili 12 bəndin icrası ilə bağlı işçi qrupların iclaslarının başladığını bildirir.

Onun sözlərinə görə, bu görüşlərdə müxalifətin bir hissəsi iştirak etmir ki, bu da xalqın iradəsinə qarşı sabotajdır.

Anri Oxanaşvili hakim komandanın siyasi şouda iştirak etməyəcəyini bildirir.

“İş prosesi ətraflı şəkildə təsvir olunub, işçi qruplarının iclasları başlayıb. Müxalifətin bir hissəsi bu formatlarda iştirak edir, digər hissəsi isə iclaslara qatılmır və Avropa istəkləri ilə bağlı əhalinin 80 faizindən çoxunun iradəsinə boykot elan edir və sabotaj edir. Zərurət yaranan kimi iş formatından komitəyə, daha sonra isə plenar iclas formatına keçəcəyik. Komitənin iclası keçirildi və müxalifətin bir çox nümayəndəsinin iştirak etmədiyini görə bilərsiniz . Bu, xalqın iradəsinə qarşı sabotajdır. Belə bir rejimdə müxalifətin prosesləri çevirməyə çalışması, ölkənin Avropa perspektivi üçün masanı çevirməkdir. Müxalifət iş prosesinə qoşularaq, ölkənin Avropa perspektivinə və xalqın seçiminə hörmətlə yanaşmaq üçün lazım olan işi bizimlə görmək yerinə , indiki vaxtda işgüzar format əvəzinə siyasi şou elementləri və siyasi tribuna təklif edir ki, bu da Avropa Komissiyasının ilk bəndinə – depolarizasiyaya ziddir. Ona görə də bizim bu prosesdə iştirakımız qütbləşmənin dərinləşməsi deməkdir və ona bərabərdir. Müvafiq olaraq biz bu prosesdə iştirak etsək , bu, tövsiyyələrin elə birinci bəndinə zidd olardı və depolarizasiya planına uyğun olmazdı. Biz ölkənin Avropa perspektivi üçün çalışırıq, əgər onlar bizə qoşulsalar, qapı açıqdır” – deyə Anri Oxanaşvili bildirib.