Anri Oxanaşvili – Mixeil Saakaşvilinin məhkəmə iclasına buraxılmaması yalandır, onun onlayn rejimdə iclasda iştirak etmək üçün tam imkanı var idi
Mixail Saakaşvilinin məhkəmə iclasına buraxılmaması yalandır. Həqiqət ondan ibarətdir ki, onun Gürcüstan qanunları ilə nəzərdə tutulduğu kimi, onlayn rejimdə iclasda iştirak etmək üçün tam imkanı var idi, – dedi Parlamentin Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili.
“Strasburq məhkəməsi də bu məsələ ilə bağlı qərar çıxarıb və konkret praktika qəbul olunub. Yalan danışmamaq daha yaxşıdır. Onun prosesdə onlayn iştirak etmək üçün tam imkanı var idi və onun birbaşa iştirakı təmin ediləcəkdi. Dövlətin bir nəfərin təhlükəsizliyini qoruya bilməyəcəyini söyləmək də yalandır. Söhbət ictimai təhlükəsizlikdən, konkret məhbusun təhlükəsizliyindən və sağlamlığından gedir.
Aksiyaya gəlincə, “Milli Hərəkat” radikal qruplaşma olaraq cəmiyyətdə kütləvi hiddət yaratmaq, idarəolunmaz vəziyyətlərə təkan vermək və birbaşa təhrik etmək istəyir. Onlar ictimai iğtişaş yaratmaq istəyirlər, ona görə də qanunu pozanlara qanun çərçivəsində cavab verilməlidir”, – Oxanaşvili bildirib.