Anri Oxanaşvili - meyarlara istinadən de-oliqarxizasiya qanununun İvanişviliyə şamil olunmayacağı , eləcə də bu meyarlara görə Kezeraşvilinin oliqarx olması sübuta ehtiyacı olmayan həqiqətdir
Parlamentin Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili bildirib ki, de-oliqarxizasiya ilə bağlı Ukrayna modelini götürüblər, çünki Avropa strukturları Ukraynanın məsələni bu yolla tənzimləməsinin yaxşı olduğunu açıqlayıblar.
Oxanaşvili qanunun prinsiplər səviyyəsində Ukrayna modelinə oxşar olduğunu qeyd edib.
“ Ukrayna modelini götürdük, çünki Ukraynaya münasibətdə Avropa strukturları həm müvafiq sənəddə, həm də şifahi şəkildə Ukrayna tərəfindən qanun yoluyla, məsələnin bu şəkildə tənzimlənməsinin yaxşı olduğunu açıqlayıblar.
Biz heç nəyi dəyişməmişik, prinsiplər səviyyəsində eynidir, bu “Gürcü Arzusu”nun variantı deyil, Ukrayna modelidir. Təkmilləşdirdiyimiz tək şey parlamentin bu prosesə cəlb edilməsidir” -deyə Anri Oxanaşvili bildirib.
Anri Oxanaşvili bildirib ki, son məqsəd ölkənin 12 bəndlik plan çərçivəsində müəyyən edilmiş vəzifələri, bu halda deoliqarxiya ilə bağlı məsələləri aydın şəkildə yerinə yetirməsidir.
“12 bəndlik planda Bidzina İvanişvilinin adı və soyadı haraya yazılıb, onu bizə oxuyun” – Anri Oxanaşvili parlamentin iclasında müxalifət nümayəndələrinə belə müraciət edib.
“Əksəriyyətinin nümayəndələri bu qanunun İvanişviliyə şamil edilməyəcəyi ilə bağlı hüquqi aksiom səviyyəsində danışırlar, bu, hüquqi aksiomdur mu? Nə bilirsiniz, bəlkə onun hansısa payı var və ya sabah siyasi marağı olacaq”-deyə “Quruculuq Strategiyası”nın üzvü Paata Mancqaladzenin sualına cavab olaraq Oxanaşvili qeyd edib ki, : “kriteriyalara əsaslanan aksiomdur”.
“Axı bu, bizim qiymətləndirməmiz deyil və Kezeraşvilinin bu meyarlara görə oliqarx olması aksiomdur” – deyə Anri Oxanaşvili əlavə edib.