Anri Oxanaşvili - istər Melia olsun, istərsə də Xabeişvili, qoy lovğalıq və təhdid tonundan vaz keçsinlər, bu tondan heç kim qorxmur
Anri Oxanaşvili - istər Melia olsun, istərsə də Xabeişvili, qoy lovğalıq və təhdid tonundan vaz keçsinlər, bu tondan heç kim qorxmur

 

İstər Melia olsun, istərsə də Xabeişvili, qoy lovğalıq və təhdid tonundan vaz keçsinlər, bu tondan heç kim qorxmur – bu barədə Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili açıqlayıb.

Oxanaşvilinin qeyd etdiyi kimi, qanundan kənara çıxsalar, hər dəfə proporsional hüquqi cavab olacaq.

“İstər Melia, istər Xebeişvili, istərsə də başqası olsun, etmək istədiklərini qanun çərçivəsində etsinlər. Qanun çərçivəsindən kənara çıxan kimi hər bir qurum qanun çərçivəsində fəaliyyət göstərəcək. Odur ki, bu lovğalıq, hədə-qorxudan vaz keçsinlər. Onların tonundan heç kim qorxmur, hamı ölkədə nizam-intizamın olmasının qayğısına qalacaq. Onların hüquqlarının müdafiəsinə də biz qayğı göstərməliyik. Əgər onlar qanundan kənara çıxsalar, hər dəfə qanuna uyğun proporsional reaksiya olacaq”-deyə Oxanaşvili açıqlayıb.