Anri Oxanaşvili - “Gürcü Arzusu” komandası Gürcüstanın layiqliliyə əsaslanan namizəd statusunu alması üçün çox iş gördü
Anri Oxanaşvili - “Gürcü Arzusu” komandası Gürcüstanın layiqliliyə əsaslanan namizəd statusunu alması üçün çox iş gördü

“Gürcü Arzusu” komandası Gürcüstanın layiqliliyə əsaslanan namizəd statusunu alması üçün çox iş gördü-bu barədə parlament çoxluğunun üzvü Anri Oxanaşvili bildirib.

Anri Oxanaşvilinin qeyd etdiyi kimi, iş görülüb və onun yekun nəticəsi statusun verilməsidir.

“Ölkəmiz əvvəllər də bu statusa layiq idi, lakin görülən işlərin qiymətləndirilməsi, xalqımız olaraq birgə atdığımız addımların təqdir edilməsi sevindirici haldır. Biz həm cəmiyyətimizin seçimini qoruya, ölkədə sülhsevər siyasət apara, həm də milli dəyərlərə, ləyaqətə əsaslanan layiqli status ala bildik. Cəmiyyətimiz də bu siyasəti dəstəklədi. Xalqımızın sayəsində biz ləyaqətə görə layiqli statusu ala bildik. Avropa Parlamentinin qətnaməsinə gəlincə, biz Avropa Komissiyasının müsbət tövsiyyəsini gördükdən sonra bu tövsiyəyə təsir edəcək heç nəyə yer yoxdur. İş görülüb və onun yekun nəticəsi statusun verilməsidir” – Oxanaşvili bildirib.