Anri Oxanaşvili güman edir ki, “Müdafiə Məcəlləsi”nin müzakirəsi və qəbulu sentyabra qədər baş tutacaq
Anri Oxanaşvili güman edir ki, “Müdafiə Məcəlləsi”nin müzakirəsi və qəbulu sentyabra qədər baş tutacaq

Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili güman edir ki, “Müdafiə Məcəlləsi”nin müzakirəsi və qəbulu sentyabra qədər baş tutacaq.

“Növbədənkənar iclasın keçirilməsi üçün kvorum lazımdır. Mən sizə əvvəlcədən deyilənlərdən daha çox şey deyə bilmərəm. Düşünürəm ki, “Müdafiə Məcəlləsi” sentyabr ayına kimi müzakirə olunmayacaq, bir qayda olaraq, bu məsələ ilə bağlı müzakirəni tezliklə başa çatdıracağıq.  Kvorum üçün lazımi sayda olanda biz bu məsələ ilə bağlı müzakirəni yekunlaşdıracağıq”- Oxanaşvili deyib.

Parlamentin bu gün keçirilən növbədənkənar iclası kvorum olmadığı üçün keçirilə bilməyib. Cəmi 65 deputat qeydiyyatdan keçib. Bu da plenar iclas keçirmək üçün kifayət etmir. İclasda “Müdafiə Məcəlləsi”nə dəyişikliklər müzakirə edilməli idi.