Anri Oxanaşvili Almaniyanın Gürcüstandakı səfirinin müavini Tania Hutt ilə görüşüb
Parlamentin Hüquqi məsələlər komitəsinin sədri Anri Oxanaşvili Almaniya Federativ Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Tania Hut ilə görüşüb.
Anri Oxanaşvili qonağa Hüquq Məsələləri Komitəsinin və ümumilikdə parlamentin gələcək planları barədə məlumat verib.
“Almaniya səfirinin müavini ilə maraqlı görüş keçirilib. Biz seçkidən sonrakı gündəmdə komitənin və parlamentin gələcəyi və islahat planları haqqında danışdıq”, – Anri Oxanaşvili görüşdən sonra deyib.