Anri Oxanaşvili - Almaniya Avropaya inteqrasiya yolunda Gürcüstanı mümkün qədər dəstəkləyir
Anri Oxanaşvili - Almaniya Avropaya inteqrasiya yolunda Gürcüstanı mümkün qədər dəstəkləyir

Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili Almaniya Federativ Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ernst Peter Fişer ilə görüşdü.

İclasın mövzularından biri, Avropa İttifaqı tərəfindən müəyyən olunan 12 bəndlik planın icrası idi.

“Biz müntəzəm olaraq görüşür və konkret məsələlərlə bağlı məlumat mübadiləsi edirik. Cənab səfir ölkəmizin Avropaya inteqrasiyası yolunda həm şəxsi, həm də Almaniya Federativ Respublikasının maksimum dəstəyini ifadə etdi. Müvafiq olaraq, bizim müzakirə mövzularımızdan biri 12 bəndlik planın yerinə yetirilmiş bəndləri, eləcə də praktiki olaraq icrasının son mərhələsində olan bəzi qalan məsələlərlə bağlı idi”, – Anri Oxanaşvili görüşdən sonra bildirib.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.