Anri Oxanaşvili Aİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbəri vəzifələrinin icraçısı ilə görüşüb
Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili Aİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbəri vəzifələrinin icraçısı, Julien Kramp ilə görüşüb.
Tərəflər 12 bəndlik planın icrası prosesi və Hüquq Məsələləri Komitəsində yaradılmış işçi qruplarının çalışdığı məsələlər barədə danışıblar.
” Avropa İttifaqının nümayəndəsi ilə işçi qruplarının istiqamətləri, tərkibi, məqsədləri və prosesin maksimal şəkildə şəffaf və əhatəli olması barədə ətraflı danışdım. Həmçinin qeyd olunan məsələlərlə bağlı baxışımızın nədən ibarət olması və bu prosesin hansı müddətə yazılması barədə ona məlumat verdim. Fikir mübadiləsi apardıq və prinsipcə, işçi qrupların fəaliyyəti və prosesin gedişatı haqqında onların tam məlumatı var. Təbii ki, yekunda Gürcüstanın Aİ-yə daha da geniş inteqrasiyasını nəzərdə tutan 12 bəndlik planın icrası prosesi barədə Aİ-nin Gürcüstandakı ofisinin tam məlumatlı olması vacibdir” – deyə Anri Oxanaşvili görüşdən sonra bildirib.