Anri Oxanaşvili - 12 bəndlik rekomendasiyalar planında bütün siyasi partiyaların və maraqlı şəxslərin iştirakı təmin ediləcək
Anri Oxanaşvili - 12 bəndlik rekomendasiyalar planında bütün siyasi partiyaların və maraqlı şəxslərin iştirakı təmin ediləcək

 

12 bəndlik rekomendasiyalar planı üzrə fəal iş prosesini davam etdiririk, bütün siyasi partiyaların və maraqlı şəxslərin iştirakı təmin ediləcək – bu barədə Parlamentin Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili bildirib.

O, bu gün Xüsusi İstintaq Xidmətinin rəhbərliyi, eləcə də Şəxsi Məlumatların Mühafizəsi Xidmətinin rəhbəri və onun müavini ilə görüşəcəklərini, onların xidmətlərinin institusional gücləndirilməsini necə təsəvvür etdiklərinə dair baxışlarını dinləyəcəklərini bildirib.

“12 bəndlik planda korrupsiyaya qarşı mübarizə tədbirləri ilə yanaşı, qeyd olunan xidmətlərin institusional baxımdan daha da gücləndirilməsi məsələlərdən biri kimi ayrılıb. Görüş keçirildi və biz bu xidmətin rəhbərlərindən konkret çərçivə, onların xidmətlərinin gücləndirilməsini və gələcək dəyişiklikləri necə təsəvvür etmələrinə dair baxış hazırlamağı xahiş etdik. Bu səbəbdən onların baxışını, mövqelərini dinləyəcəyik. Cümə axşamı günü antikorrupsiya tədbirləri ilə bağlı işçi qrupu yaradılacaq və bu iki xidmətin institusional gücləndirilməsi üzərində işləyəcək. Bütün siyasi partiyalar, vətəndaş sektoru, bütün maraqlı şəxslər prosesə qoşulacaqlar. Proses tam şəffaf olacaq” – deyə Oxanaşvili bildirib.