Anna Luhrmann - Biz bu həftə Gürcüstana namizəd statusunun verilməsinin tərəfdarıyıq, çünki aydındır ki, Gürcüstan əhalisinin əksəriyyəti Avropa İttifaqına doğru irəliləməyə tərəfdardır
Biz bu həftə Gürcüstana namizəd statusunun verilməsinin tərəfdarıyıq, çünki aydındır ki, Gürcüstan əhalisinin əksəriyyəti Avropa İttifaqına doğru getməyə üstünlük verir – Almaniyanın Avropa və İqlim üzrə Dövlət naziri Anna Luhrmann bildirib.
Onun sözlərinə görə, Gürcüstan islahatlar aparıb, lakin aydındır ki, ölkənin həyata keçirməli olduğu çoxlu islahatlar var.
“Oktyabr ayında Gürcüstanda oldum və gördüm ki, ölkədə Avropa İttifaqı ilə bağlı nə qədər həvəs var. Gürcüstan islahatlar aparıb, amma aydındır ki, ölkədə çoxlu islahatlar aparılasıdır. Bu baxımdan biz gələn il azad və ədalətli seçki prosesini gözləyirik”, – deyə Anna Luhrmann bildirib.