Anna Dolidze - "Milli Hərəkat"-ın bəyanatları həqiqəti aşır, mən Haaqa məhkəməsində əsgərin məsuliyyətinin qaldırılmasını xatırlamıram
Beynəlxalq hüquq eksperti Anna Dolidze hesab edir ki, ,,Haaqa Məhkəməsi ilə bağlı “Milli hərəkatın” bəyanatları həqiqəti aşır.
Dolidzenin dediyinə görə, o xatırlamır ki, Haaqa Məhkəməsində bir gürcü əsgərinin məsuliyyəti qaldırılsın.
“Hüquqi olaraq, bu bəyanat həqiqətdən kənara çıxır. Roma statusuna əsasən, cinayətin törədilməsinə görə, məsuliyyət individual şəkildə qaldırılır. Burada bizim dövlətimiz heçnə edə bilməz. Haaqa prokurorluğu da individual olaraq, kimin məsul olduğunu özü müəyyənləşdirir. Bizim tək məqsədimiz isə, suçlunun Rusiya olduğunu sübut etməkdir” – dedi Ana Dolidze.
Beynəlxalq məhkəmə ekspertinin fikri ilə, Haaqada hərhansı bir siyasi partiyanın yeganə mövqeyi olmalıdır ki, münaqişə üçün Gürcüstan deyil, Rusiya məsuliyyət daşıyır.
Anna Dolidze hesab edir ki, daxili siyasi debatlar və qarşıdurmalarda Haaqa məhkəməsi məsələləri ilə bağlı mübahisələr dövlətin maraqlarına xidmət etmir.