Anna Dolidze - Baş nazirin bəyanatını salamlayıram, baxmayaraq ki, bu bəyanatın praktiki nəticəsi yoxdur
Anna Dolidze - Baş nazirin bəyanatını salamlayıram, baxmayaraq ki, bu bəyanatın praktiki nəticəsi yoxdur

Ali Ədliyyə Şurasınnı qeyri-üzv hakimi olan Anna Dolidze, baş nazirin hakimlərin müddətsiz təyin edilməsi ilə bağlı bəyanatına səslənir.

“Baş nazirin bəyanatını salamlayıram, baxmayaraq ki, bu bəyanatın praktiki nəticəsi bu mərhələdə yoxdur, çünki o bəyanat “Gürcü Arzusu”-nun bir siyasi güvvə kimi moral prinsiplərini əks etdirir.

“Bilirik ki, Sulxan Molaşvili bugün sabiq iqtidarın siyasi məhbusu və qurbanı hesab edilir və onun işini müzakirə edən hakimin müddətsiz hakim təyin edilməsi və həmçinin, Serqo Tetradzenin işini müzakirə edən hakimin müddətsiz təyin edilməsi, siyasi məhbuslar və ədalət üçün mübarizə aparan insanlar üçün şillə vurmaq kimidir,  və çox yaxşıdır ki, “Gürcü Arzusunun” liderləri bu nəticələri gördülər ki, baş nazirin bəyanatı da bunu göstərir” – dedi Ana Dolidze.

Hakimlərin müddətsiz təyin edilməsi ilə bağlı səs vermə dünən keçirildi. Təqdim edilən 50 namizəddən 6-na imtina cavabı verildi, qalan 44 hakimdən isə, 6-nı Ali Ədliyyə Şurasının 15 üzvü dəstəklədi.

 

Hakimlərin müddətsiz təyin edilməsi ilə bağlı baş nazir bəyanat verərək, öz etirazını bildirdi.