Anna Baqrationi-Qruzinski Tbilisi Baş Polis Mərkəzində sorğudadır
Anna Baqrationi-Qruzinski Tbilisi Baş Polis Mərkəzində sorğudadır

Gürcüstanın kraliçəsi titulu verilən Anna Baqrationi-Qruzinski Tbilisi Baş Polis Mərkəzində sorğulanır.

Kraliyyət ailəsinin nümayəndəsinin sorğulanması onun sabiq həyat yoldaşı Davit Baqrationi-Muxraneli tərəfindən zorakılıq qurbanı olması ilə bağlıdır.

Anna Baqrationi- Qruzinskinin vəkili Eliso Ruxadzenin bəyanatına görə, söhbət 2014-cü ildə törədilən zorakılıqdan gedir.

Vəkilinin dediyinə görə, Ana Baqrationi və Davit Baqrationi 2012-ci ildə boşandılar, ancaq onların ortaq uşaqları var və tez-tez sabiq həyat yoldaşının yanına Saquramoya getməli olurdu. Məhz belə qonaqlıqlardan birində, o sabiq həyat yoldaşı tərəfindən döyülüb.

“Anna bəyan edir ki, onu döyülmə faktı 2014-cü ilin mayın 9-da, oğlu Giorginin göz qabağında baş verdi və aradan keçən altı il bu ağır zorakılıq cinayətini ört-baz edə bilməz. Anna həmçinin deyir ki, iki gün ərzində, sabiq həyat yoldaşı tərəfindən evə qapadılmışdı və bu da zorla insan azadlığına əl qoymaqdır” – dedi Anna Baqrationinin vəkili.