Ankarada Belçika səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı. “Associated Pressin” yazdığına görə, buna səbəb Brüssel Apellyasiya Məhkməsinin qərarı oldu. Qərara əsasən məhkəmə “Kürdüstan Fəhlə Partiyasının” terror fəaliyyəti barəsində dəlilləri kifayət qədər hesab etmədi.
Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin bəyan etdiyinə görə, Ankara bu bardə öz narahatlığını bildirdi.
Belçikada aparılan iş, “Kürdüstan Fəhlə Partiyasının” güman edilən 30 üzvünə aiddir.
“Kürdüstan Fəhlə Partiyası” Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi bəyan edilibdir.