Ankarada baş verən yol qəzasında 9 nəfər ölüb
Ankarada baş verən yol qəzasında 9 nəfər ölüb

Türkiyənin paytaxtında baş verən yol qəzasında 9 nəfər ölüb, 26 nəfər yaralanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir-Aqra istiqamətində hərəkət edən avtobus körpünün bəndinə çırpılıb.

Hadisə yerinə gələn xilasedicilər avtobusda olan bir neçə nəfəri çıxara biliblər. Onlar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Qəza ilə əlaqədar yolda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Ankara Bələdiyyəsi qəzanın səbəbinin sürücünün yuxuya getməsi ilə bağlı ola biləcəyini açıqlayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.