Ankarada ABŞ Səfirliyinə atəş açıldı.
Bu barədə məlumatı Habertürk yayır.
Yayılan məlumata görə, yerli vaxtla saat 05:00-da ABŞ-ın diplomatik nümayəndəliyinə doğru 4-5 dəfə atəş edildi.
Türk medyası yazır ki, atəş bəyaz rəngli minik avtomobildən həyata keçirildi, hansı ki, daha sonra Atatürk adına bulvar istiqamətində tərpəndi.
Atılan güllələr diplomatik missiyayı qoruyan polis qüşəsində dəydi, ancaq zərər görən olmayıb.
Hadisə yerində hüquqmühafizəçilər işləyirlər.